Əlvida

Lyrics
[Bənd 1] İncidim, sızladım, ağrıdım yaman Könlümü pərişan eylədi zaman Çəkdim, nələr çəkdim bu gənc yaşımda Qopdu müsibətlər mənim başımda [Nəqərat] Əlvida, gedirəm, əlvida, həyat Yəqin, göylərdədir azadə həyat Bir nakam taleyin qurbanı oldum Əlvida, gedirəm, əlvida, həyat Gedirəm, ruzgarın apardığı yerlərə mən gedirəm Gedirəm, ruhların ucaldığı yerlərə mən gedirəm Gedirəm, müsibətlərin bitdiyi yerlərə gedirəm Gedirəm, yalanların olmadığı yerlərə gedirəm Gedirəm, əlvida [Bənd 2] Sındı arzuların qanadı-qolu İtdi sevgilərin qovuşan yolu Bilməzdim, sevginin acıdır sonu Qismətim olmadı gəlinlik donu [Nəqərat] Əlvida, gedirəm, əlvida, həyat Yəqin, göylərdədir azadə həyat Bir nakam sevginin qurbanı oldum Əlvida, gedirəm, əlvida, həyat Gedirəm, ruzgarın apardığı yerlərə mən gedirəm Gedirəm, ruhların ucaldığı yerlərə mən gedirəm Gedirəm, müsibətlərin bitdiyi yerlərə gedirəm Ah, gedirəm, yalanların olmadığı yerlərə gedirəm Gedirəm, əlvida
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Hikmət Mirməmmədli
- Rəna Mirzəyeva