Ağlama

Lyrics
[Bənd 1] Qəfil yağan yağıştək Birdən məni haqladın Həyatıma günəştək Birdən dolub parladın Sənsiz həyat, biləsən Acı kamandır dinən Dərd çəkməyi, deyəsən Səndən öyrəndi sinəm [Nəqərat] Məndən ötrü, sevgilim Sızıldayıb ağlama Çaya dönüb çağlama Dərdlə sinəm dağlama Məndən ötrü ağlama Qoy ağlasın yağışlar Yaddan çıxmaz baxışlar Ömrümə nur bağışlar [Bənd 2] Ayrılanda ümidim İzsiz sorağa döndü Gözlərimdən göz yaşım Ürəyimə süzüldü Doldum göylər dolunca Dözdüm güllər solunca Baxdım sənin dalınca Gedən yollar boyunca [Nəqərat] Məndən ötrü, sevgilim Sızıldayıb ağlama Çaya dönüb çağlama Dərdlə sinəm dağlama Məndən ötrü ağlama Qoy ağlasın yağışlar Yaddan çıxmaz baxışlar Ömrümə nur bağışlar Məndən ötrü, sevgilim Sızıldayıb ağlama Çaya dönüb çağlama Dərdlə sinəm dağlama Məndən ötrü ağlama Qoy ağlasın yağışlar Yaddan çıxmaz baxışlar Ömrümə nur bağışlar [Çıxış] Ağlama Məndən ötrü ağlama Ağlama Qoy ağlasın yağışlar Ağlama Məndən ötrü ağlama Ağlama Dərdlə sinəm dağlama
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Nailə Mirməmmədli
- Gülağa Tənha