Həsrət Nəğməsi

Lyrics
[Bənd 1] Sevgilim, sevirəm, gizlətmirəm ki Gedirəm, həmişəlik getmirəm ki "Gəl", - desən, tez gələrəm Gözümdə canlanır xəyalın yenə də Ayrılıq dərd olub sənə də, mənə də "Öl", - de, sözsüz, ölərəm [Keçid] Ağlama, ağlama, yadlar sevinər Anam eşidər, qəlbi üzülər Ağlama bu həsrətin xatirinə Buludlar dolarsa, yağışlar yağacaq Gözümün yaşından torpaq da doyacaq Qovuşmasaq səninlə bir-birinə [Nəqərat] Mən səni istəyirəm Hər zaman gözləyirəm Həsrətə dözməyirəm, sevgilim Mən səni istəyirəm Hər zaman gözləyirəm Həsrətə dözməyirəm, sevgilim [Bənd 2] Bir kimsə yerini eyləmir əvəz Yoxdur bir həmdəmim, ola da bilməz Sənsən tək mənim üçün Belə bir qanun var əzəldən, ey yar Aşiq öz yarının eşqi ilə yaşar Mən də tək sənin üçün [Keçid] Hönkürüb ağlamaq istəyir qəlbim Ən uca dağları aşardı dərdim Qayıtsan tezliklə mənim yanıma Həsrətin acısını mən də bilirəm Ağlama, ağlama, mən tez gəlirəm Dönük çıxmaram mən öz peymanıma [Nəqərat] Gəl, yenə əvvəlkitək Ömrümüz açsın çiçək Bir-birin xoşbəxt edək, sevgilim Gəl, yenə əvvəlkitək Ömrümüz açsın çiçək Bir-birin xoşbəxt edək, sevgilim [Çıxış] Eşq bizim, sevda bizim Dağ bizim, dərya bizim Büsbütün dünya bizim, sevgilim Eşq bizim, sevda bizim Dağ bizim, dərya bizim Büsbütün dünya bizim, sevgilim Sevgilim...
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Rəşad Bağırov
- Vüqar Əbdülov