Ayrılıq

Lyrics
[Bənd 1] Sonu bu sevginin, bu eşqin Hədər olsa, ölüm olsa da Sevərəm yenə, sevərəm yenə Bizi fələk bir-birindən Ayırıb min qəmə salsa da Sevərəm yenə, sevərəm yenə [Keçid] Ay Günəşə, çay dənizə, yer də göyə Sən də mənə, mən də sənə Gəl qovuşaq, arzulara, xəyallara bax İstəmirəm, ayrılığa Birdəfəlik son qoyaraq Bir də yenə gəl, qovuşaq, xəyallara bax [Nəqərat] Qorxudur məni, sevgilim, ayrılıq Fani dünyada olmasın İki şey: ölüm, ayrılıq Qorxudur məni, sevgilim, ayrılıq Fani dünyada olmasın İki şey: ölüm, ayrılıq [Bənd 2] Demə mənə, nədir məhəbbət Onu bil, mən sənə heç zaman Deyə bilmərəm, deyə bilmərəm Qapını qorxuram ki, döysəm Açan olmaz mənə, sevgilim Döyə bilmərəm, döyə bilmərəm [Keçid] Gözləyirəm, sən mənə gəl Döy qapımı, qoy mən açım Getmə daha, ol qonağım Ölənə qədər yanımda da qal Gəl dəyişək ömrümüzü, dünyamızı Gəl dəyişək qəlbimizi Qəlbini ver, bu qəlbimi al [Nəqərat] Qorxudur məni, sevgilim, ayrılıq Fani dünyada olmasın İki şey: ölüm, ayrılıq Qorxudur məni, sevgilim, ayrılıq Fani dünyada olmasın İki şey: ölüm, ayrılıq Qorxudur məni, sevgilim, ayrılıq Fani dünyada olmasın İki şey: ölüm, ayrılıq Qorxudur məni, sevgilim, ayrılıq Fani dünyada olmasın İki şey: ölüm, ayrılıq
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Tunar Zeynalov
- Oqtay Kamil