Yollar

Lyrics
[Bənd 1] Nə gələn var, nə gedən var Yalqızdır yollar sənsiz Yollar sənsiz, necə ağlar sənsiz Göy üzündə ülvi hisslər sevgi istər Əllər sənsiz, qollar sənsiz Necə, ey yar, sənsiz [Keçid] Kölgə görüb boylanıram Sənsən o kölgə, sanıram Sən deməsən, deyəsən, aldanıram Kölgə demə, bəlkə mənəm Gördüyün o kölgə mənəm Ürəyin səsini dinlə, mənəm [Nəqərat] Yollar darıxır bizlər üçün Gözlər darıxır gözlər üçün Gözlər bizə qoyan hisslər Yenə bizi gözlər Yenə qovuşar bizə yol Qalsın həsrət o illərdə Olsun, yaşasın o dillərdə Olsun, nəğməmiz olsun Sevgimiz olsun, sən də de Olsun, olsun, yar [Bənd 2] Gələr olsam, son ümidi yollara Bağlarsanmı, bağlarsanmı De görüm, sən mənsiz? Desələr ki, getmişəm mən, itmişəm mən Ağlarsanmı, ağlarsanmı De görüm, sən mənsiz? [Keçid] Həsrətimə döz, gələrəm Sənə verirəm söz, gələrəm Qəm yemə sən, əzizim, tez gələrəm Könlümə mən: "Döz", - deyirəm Hər gecə mən izləyirəm Gəl, gözümün nuru, gəl, gözləyirəm [Nəqərat] Yollar darıxır bizlər üçün Gözlər darıxır gözlər üçün Gözlər bizə qoyan hisslər Yenə bizi gözlər Yenə qovuşar bizə yol Qalsın həsrət o illərdə Olsun, yaşasın o dillərdə Olsun, nəğməmiz olsun Sevgimiz olsun, sən də de Olsun, olsun Yollar darıxır bizlər üçün Gözlər darıxır gözlər üçün Gözlər bizə qoyan hisslər Yenə bizə gözlər Yenə qovuşar bizə yol Qalsın həsrət o illərdə Olsun, yaşasın o dillərdə Olsun, nəğməmiz olsun Sevgimiz olsun, sən də de Olsun, olsun, yar
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Tunar Zeynalov
- Oqtay Kamil