Tez Gəl

Lyrics
[Bənd 1] Uğurla yerinə yetirilmiş missiya Məni məhv etmək üçün oyun qururmuş Səssizlik, qaranlıq və depressiya Adıma qatil damğası vururmuş [Keçid] O-o-o, hər kəsə, hər şeyə inanmışam mən Hamı doğru imiş, yalanmışam mən Yolun ortasında dayanmışam mən, gəl Hər kəsə, hər şeyə inanmışam mən Hamı doğru imiş, yalanmışam mən Yolun ortasında dayanmışam mən, gəl [Nəqərat] Tez gəl, tez gəl Ömrüm solmadan gəl Zaman dolmadan gəl Təslim olmadan gəl Tez gəl, tez gəl Ömrüm solmadan gəl Zaman dolmadan gəl Təslim olmadan gəl [Bənd 2] Ürəyimdə qorxular dolu bir hiss var "Heç kimin olmadığı yerə qaç" -deyir Qapının arxasında iki polis var "Yolun sonuna gəldin, qapını aç" -deyir [Keçid] A-a-a, nə anam var, nə bacım var indi Dardayam, bir əlacım var indi Tək sənə ehtiyacım var indi, gəl Nə anam var, nə bacım var indi Dardayam, bir əlacım var indi Tək sənə ehtiyacım var indi, gəl [Nəqərat] Tez gəl, tez gəl Ömrüm solmadan gəl Zaman dolmadan gəl Təslim olmadan gəl Tez gəl, tez gəl Ömrüm solmadan gəl Zaman dolmadan gəl Təslim olmadan gəl Tez gəl, tez gəl Ömrüm solmadan gəl Zaman dolmadan gəl Təslim olmadan gəl Tez gəl, tez gəl Ömrüm solmadan gəl Zaman dolmadan gəl Təslim olmadan gəl
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Etibar Rzalı