Sənsiz

Lyrics
[Bənd 1] Sənsiz, dünyam sənsiz Nə qaranlıq, nə zülmət Sənsiz, ömür sənsiz Bir cəhənnəm, bir töhmət Sənsiz, evim sənsiz Viran qalmış bir komadır Sənsiz, mənim sənsiz Halım yamandır [Keçid] Arzularım qulaq asmır sözümə Xəyallar qururam özüm-özümə Səndən başqa kimsə gəlməz gözümə Gözlərim dikilib yalnız izinə [Nəqərat] Göz yaşım sel oldu, qayıt, nə olar Gölləndi, göl oldu, qayıt, nə olar Günlərim il oldu, qəlb güllərim soldu Xatirələrim dondu, qayıt, nə olar Ah, sənli günlərim olaydı Ah, sənli günlərim olaydı Həyatım mənim, taleyim mənim Ümidim mənim [Bənd 2] Sənsiz, ömür sənsiz Nə qaranlıq, nə zülmət Ömür sənsiz Bir cəhənnəm, bir töhmət Sənsiz, evim sənsiz Viran qalmış komadır Mənim sənsiz Halım yamandır [Keçid] Ağlamaqdan kor olubdur gözlərim Taqətdən düşübdür, vallah, dizlərim İndi sənə çatmır, çatmır sözlərim İtib gözlərimdən artıq izlərin [Nəqərat] Göz yaşım sel oldu, qayıt, nə olar Gölləndi, göl oldu, qayıt, nə olar Günlərim il oldu, qəlb güllərim soldu Xatirələrim dondu, qayıt, nə olar Ah, sənli günlərim olaydı Ah, sənli günlərim olaydı Həyatım mənim, taleyim mənim Ümidim mənim
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Nailə Mirməmmədli
- Zərifə Orxan