Sən

Lyrics
[Giriş] Bizə qanad verən sevgi adlı möcüzə var Bizə səbir verən sevgi adlı möcüzə var Bizə uçuş verən, bizə yapış deyən Bizi alışdıran, bizi görüşdürən [Bənd 1] Sərin gecələr, qayğısız küçələr Şəhər dincələr, qəlbim dərd çəkər Alovlanıram mən, yanıram coşqun qucağında Mən batıram göz yaşların bulağında Batdım günaha, məni qınama daha Üzümü tutmuşam sabaha, qabağa Ümidim dəniz kimidir, sən isə dalğa Biz keçici, eşq əbədi sel kimi axa-axa Günəş dərddən əyilib döndü Cahanda titrəyən sim də söndü Üz döndü, dünya döndü Ümidli röyam gecə xəyalımda öldü [Nəqərat] Gəl, ürək dolu, danışaq Gəl, ürək dolu, görüşək Sən qəlbi qıran bir insan Sən yaşamağa peşman edən Gəl, ürək dolu, sevişək Gəl, ürək dolu, danışaq Sən qəlbi qıran bir insan Sən yaşamağa peşman edənsən [Bənd 2] O gün alovun yandırdı dərimi Bilmədim, kimə danışım bu dərdimi O gün gözlərində batdım daş kimi O gün qabağında əridim şam kimi Mənə deyirdin: "Həyatımın mənasısan Mən üzük, sən isə qaşımsan" Haradasan, haradasan? İndi gizlətdin dərdini Təhminə Zaurdan gizlətdiyi kimi Bağışla göz yaşlarına görə Sonsuz çaylara bənzər Bağışla ki, qucaqlamadım sonda İtdin dəniz üfüqünə bənzər Qayıt, dodaqlarının dağlarını keçərəm Qayıt, gözlərinin çaylarında üzərəm Qayıt, səsinin yağışında gəzərəm Təki qayıt, əllərindən dəniz içərəm [Nəqərat] Gəl, ürək dolu, danışaq Gəl, ürək dolu, görüşək Sən qəlbi qıran bir insan Sən yaşamağa peşman edən Gəl, ürək dolu, sevişək Gəl, ürək dolu, görüşək Sən qəlbi qıran bir insan Sən yaşamağa peşman edənsən [Bənd 3] Səadət sarayı, şəhadətnaməyə qol çəkir qız Valideyn səhvinin cəzasını çəkir qız Mendelson marşı səsləndi, üzüklər taxıldı Yeni ailə quruldu, xəyallar dağıldı Qırıldı son ümid, son sözlər bitdi Buludların arasında göyərçinlər itdi İndi gül yalandan, rəqs et uzaq qohumu üçün Pis xatirələrin rəngli albomu üçün Gəlinin bacısı göz yaşlarını gizlədə bilmir O, hər şeyi başa düşür, amma heç nə edə bilmir Onu bərk qucaqlayıb qız qulağına pıçıldayacaq "Ağlama, bacım, səndə hər şey başqa cür olacaq!" Elə bu sözləri deyən kimi qız özündən getdi Hamı dərhal yığışdı, bəy özünü yerinə yetdi Bir neçə dəqiqədən sonra qız açdı gözünü Dedi: "O məni itirdi, mən isə özümü" [Nəqərat] Gəl, ürək dolu, danışaq Gəl, ürək dolu, görüşək Sən qəlbi qıran bir insan Sən yaşamağa peşman edən Gəl, ürək dolu, sevişək Gəl, ürək dolu, görüşək Sən qəlbi qıran bir insan Sən yaşamağa peşman edənsən
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Dəyirman