Sevgim

Album cover art for "Sevgim" by Röya

Röya - Pop, Azerbaijani Pop

Sevgim

1 Plays

Duration: 5:27

View ArtistView Album

Lyrics

Language:

[Bənd 1] Bir ümid görsə, çay kimi Kükrəyərdi sevgim, çağlardı sevgim Qara gümanlara qılınc çəkərdi Məni sabahlara bağlardı sevgim Gördüm, göy üzünün gözləri doldu Ürkək bənövşənin bənizi soldu Kərəm bir ah çəkdi, özü kül oldu Dünyanı yandıran ahlardır sevgim [Nəqərat] Əlimdən, əlimdən yapışan mizə dönərdi Yollara, yollara boylanan gözə dönərdi Dilimi yandıran, dilimi yandıran sözə dönərdi Yetim uşaq kimi ağlardı sevgim, sevgim [Bənd 2] Gördüm, göy üzünün gözləri doldu Ürkək bənövşənin bənizi soldu Kərəm bir ah çəkdi, özü kül oldu Dünyanı yandıran ahlardır sevgim Ötüşən vədlərə, çağlara baxma Xəzana tuş gələn bağlara baxma Göyə dayaq olan dağlara baxma Dağlara ucalan dağlardır sevgim [Nəqərat] Əlimdən, əlimdən yapışan mizə dönərdi Yollara, yollara boylanan gözə dönərdi Dilimi yandıran, dilimi yandıran sözə dönərdi Yetim uşaq kimi ağlardı sevgim, sevgim, sevgim Dilimi yandıran, dilimi yandıran sözə dönərdi Yetim uşaq kimi ağlardı sevgim, sevgim Əlimdən, əlimdən yapışan mizə dönərdi Yollara, yollara boylanan gözə dönərdi Dilimi yandıran, dilimi yandıran sözə dönərdi Yetim uşaq kimi ağlardı sevgim, sevgim

Rate this song

Rate this song

0/5.0 - 0 Ratings

5
0.0% (0)
4
0.0% (0)
3
0.0% (0)
2
0.0% (0)
1
0.0% (0)

Loading comments...

Credits

Writers
  • Nailə Mirməmmədli