Sevdim

Lyrics
[Bənd 1] Mən səni ən saf və ən təmiz Ən pak və ən ülvi hisslərlə sevdim Mən səni isti davranışdan Adi bir baxışdan, gözlərlə sevdim Mən səni dünyalar qədər Hər kəsdən fərqli sevdikcə sevdim Mən səni çox incə-incə Çox illər öncə gizlincə sevdim [Nəqərat] Necə sevdimsə mən, sevgilim Qarışıb ağlım, quruyub dilim Səninlə bir ömrü paylaşıb Bəxtəvərəm, ömrüm Elə sevdim ki mən, sevgilim Sənə tərəf uzanıb, açılıb əlim Mən istərəm, sonsuz sevgimi Tək səninlə bölüm [Bənd 2] Mən səni yağışlar payızı Dalğalar dənizi sevəntək sevdim Mən səni məhz olduğun kimi Olduqca mehriban, həm kövrək sevdim Mən səni dünya yaranandan Aya həsrət qalan Gün kimi sevdim Mən səni, əlbət ki, sevgidən Dağları bürümüş çən kimi sevdim [Nəqərat] Necə sevdimsə mən, sevgilim Qarışıb ağlım, quruyub dilim Səninlə bir ömrü paylaşıb Bəxtəvərəm, ömrüm Elə sevdim ki mən, sevgilim Sənə tərəf uzanıb, açılıb əlim Mən istərəm, sonsuz sevgimi Tək səninlə bölüm (Mən səni əbədi sevdim) Necə sevdimsə mən, sevgilim Qarışıb ağlım, quruyub dilim Səninlə bir ömrü paylaşıb Bəxtəvərəm, ömrüm Elə sevdim ki mən, sevgilim Sənə tərəf uzanıb, açılıb əlim Mən istərəm, sonsuz sevgimi Tək səninlə bölüm
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- MC Murad