Sarı Köynək

Lyrics
[Bənd 1] Cilvələnib nə qarşımda durmusan? Cilvələnib nə qarşımda durmusan? Canım sənə qurban, ay sarı köynək Canım sənə qurban, ay sarı köynək Mələksən, çıxmısan cənnət bağından Mələksən, çıxmısan cənnət bağından Heç kim olmaz sənə tay, sarı köynək Heç kim olmaz sənə tay, sarı köynək [Bənd 2] Doymaq olmur işvəsindən, nazından Doymaq olmur işvəsindən, nazından Fərə kəklik kimi xoş avazından Fərə kəklik kimi xoş avazından Yel vurdu, rübəndi atdı üzündən Yel vurdu, rübəndi atdı üzündən Elə bildim, doğdu Ay, sarı köynək Elə bildim, doğdu Ay, sarı köynək [Bənd 3] Tutu dilli, sərvi boylu Salatın Tutu dilli, sərvi boylu Salatın Yoxdur mərhəməti bu səltənətin Yoxdur mərhəməti bu səltənətin Göndər gəlsin Ələsgərin xələtin Göndər gəlsin Ələsgərin xələtin Eyləmə əməyin zay, sarı köynək Eyləmə əməyin zay, sarı köynək [Çıxış] Heç kim olmaz sənə tay, sarı köynək Canım sənə qurban, ay sarı köynək
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Aşıq Barat
- Aşıq Ələsgər