Qəlbimə Yatmır

Lyrics
[Bənd 1] Gözünün gözümə bir bənzəri var Baxışlar da eyni, mənaları da Gözünün gözümə bir bənzəri var Baxışlar da eyni, mənalar da O gözəl gözlərin bir həsrəti var Həsrət buludludur, yağışları da O gözəl gözlərin bir həsrəti var Həsrət buludludur, yağışları da [Nəqərat] Özümtək duyanım, harada qalmısan? Hər tərəf qaranlıq, işığım çatmır Özümtək duyanım, harada qalmısan? Hər tərəf qaranlıq, işığım çatmır Niyə məni möhnətə, dərdə salmısan? Heç kəs sənintək qəlbimə yatmır Niyə məni möhnətə, dərdə salmısan? Heç kəs sənintək qəlbimə yatmır [Bənd 2] Mən elə sənəm, sən də elə mən Bir-birimiz üçün yaradıb Allah Mən elə sənəm, sən də elə mən Bir-birimiz üçün yaradıb Allah Qoşa yol keçmişik oxşar taledən Sənsiz, ömrüm-günüm, açılmır sabah Qoşa yol keçmişik oxşar taledən Sənsiz, ömrüm-günüm, açılmır sabah [Nəqərat] Özümtək duyanım, harada qalmısan? İşığım çatmır Özümtək duyanım, harada qalmısan? Hər tərəf qaranlıq, işığım çatmır Ax, niyə məni möhnətə, dərdə salmısan? Heç kəs sənintək qəlbimə yatmır Niyə məni möhnətə, dərdə salmısan? Heç kəs sənintək qəlbimə yatmır
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Faiq Sücəddinov
- Baba Vəziroğlu