Qəfil Gedişin

Lyrics
[Bənd 1] Sən ümid çırağı olmuşdun mənə Ayrıldın, o gündən söndü çırağım Qayıtmaq eşqinə düşmüsən yenə Daha xəzan olub məhəbbət bağım İtib aramızda inam, etibar Qayıdıb gəlməyin nə mənası var? Özün də çox gözəl bilirsən bunu Yalançı aşiqin bərk cəzası var [Nəqərat] Qəfil gedişinlə yazı qış etdin Yağdırdın başıma yağış, qar, dolu Nə fəryad, nə haray, nə ah eşitdin Bağladı qarşımı həsrətin yolu Qəfil gedişinlə yazı qış etdin Yağdırdın başıma yağış, qar, dolu Nə fəryad, nə haray, nə ah eşitdin Bağladı qarşımı həsrətin yolu [Bənd 2] Qul oldum eşqinə, budurmu qismət? Budurmu gözümdə yaş olan istək? Sənə yar deməyə dilim dönməyir Qayıtma, get, düşün, öz cəzanı çək Həsrətin çəkməyə alışdı gözüm Nə səndə insaf var, nə məndə dözüm Artıq qayıtsan da, gecdir, əzizim Qəlbimin yarasın bağlaram özüm [Nəqərat] Qəfil gedişinlə yazı qış etdin Yağdırdın başıma yağış, qar, dolu Nə fəryad, nə haray, nə ah eşitdin Bağladı qarşımı həsrətin yolu Qəfil gedişinlə yazı qış etdin Yağdırdın başıma yağış, qar, dolu Nə fəryad, nə haray, nə ah eşitdin Bağladı qarşımı həsrətin yolu Qəfil gedişinlə yazı qış etdin Yağdırdın başıma yağış, qar, dolu Nə fəryad, nə haray, nə ah eşitdin Bağladı qarşımı həsrətin yolu
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Nailə Mirməmmədli
- Xuraman Vəfa