Qatar

Lyrics
[Bənd 1] Sən hara gedirsən, sən belə, ay qatar O uzaq yollarda, söylə görüm, nə var? Bəlkə, o yerlərin gülləri gözəldir Bəlkə də, elləri çox xoşuna gəlir [Keçid] Bəxtini dünyada axtaran tapar O uzaq yerlərə məni apar Bəlkə, o diyarda həmişə bahar Xəzansız, hicransız bir dünya da var [Nəqərat] Çıx yola, ay qatar Məni də al, apar Çıx yola, ay qatar Məni də al, apar [Bənd 2] Yaxşı yol dilərəm mən sənə, ay qatar Xəyallar çox şirin, o uzaq arzular Ya qismət, mənzilə kim gedər, kim çatar Sən gedən yolların yoxsa bir sonu var? [Keçid] Bəxtini dünyada axtaran tapar O uzaq ellərə məni apar Bəlkə, o diyarda həmişə bahar Xəzansız, hicransız bir dünya da var [Nəqərat] Nə yerdə qəm-kədər Nə göydə bulud var Nə yerdə qəm-kədər Nə göydə bulud var Çıx yola, ay qatar Məni də al, apar [Keçid] Bəxtini dünyada axtaran tapar O uzaq ellərə məni apar Bəlkə, o diyarda həmişə bahar Xəzansız, hicransız bir dünya da var [Nəqərat] Nə yerdə qəm-kədər Nə göydə bulud var Nə yerdə qəm-kədər Nə göydə bulud var Çıx yola, ay qatar Məni də al, apar Çıx yola, ay qatar Məni də al, apar Çıx yola, ay qatar Məni də al, apar Çıx yola, ay qatar Məni də al, apar Çıx yola, ay qatar Məni də al, apar Qatar, qatar Al, apar Al, apar
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Nailə Mirməmmədli
- Baba Vəziroğlu