Kaş

Lyrics
[Bənd 1] Allah bilir, nə vədə Həsrət buludu gedər Yollar ayrı düşəndə Günah yoxdur sevgidə Necə ağır olsa da Səndən yoxdur bir səda Ümid yaşar, ölməyib Bu dünyada... Allah bilir, nə vədə Həsrət buludu gedər Yollar ayrı düşəndə Günah yoxdur sevgidə Necə ağır olsa da Səndən yoxdur bir səda Ümid yaşar, ölməyib Bu dünyada... [Nəqərat] Zülmətin köksünü yandırar Günəşin bir zərrəsi olaydın kaş Məhəbbət qanadlı küləyə qoşulub Ürəyimə dolaydın kaş Qovub qəm-kədəri Bir bahar səhəri Sən qəfildən gələydin kaş... Zülmətin köksünü yandırar Günəşin bir zərrəsi olaydın kaş Məhəbbət qanadlı küləyə qoşulub Ürəyimə dolaydın kaş Qovub qəm-kədəri Bir bahar səhəri Sən qəfildən gələydin kaş... [Bənd 2] Sənsizdir çölüm-dağım Həsrətin mənim dağım Nəfəsinə möhtacdır Tənha qalan otağım Gözü yaşlı arzular Vüsal günün arzular Mənim sənsiz dünyamda Bir arzum var... Sənsizdir çölüm-dağım Həsrətin mənim dağım Nəfəsinə möhtacdır Tənha qalan otağım Gözü yaşlı arzular Vüsal günün arzular Mənim sənsiz dünyamda Bir arzum var... [Nəqərat] Zülmətin köksünü yandırar Günəşin bir zərrəsi olaydın kaş Məhəbbət qanadlı küləyə qoşulub Ürəyimə dolaydın kaş Qovub qəm-kədəri Bir bahar səhəri Sən qəfildən gələydin kaş... Zülmətin köksünü yandırar Günəşin bir zərrəsi olaydın kaş Məhəbbət qanadlı küləyə qoşulub Ürəyimə dolaydın kaş Qovub qəm-kədəri Bir bahar səhəri Sən qəfildən gələydin kaş... [Çıxış] Mən səni gözləyirəm...
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Emil Şahin
- İsmayıl Dadaşov