Gedəcəyəm

Lyrics
[Bənd 1] Sən əbəs yerə möcüzəyə inanma Gedəcəyəm geci-tezi, onu bil Qəlbim, ruhum, canım təkcə mənimdir Heç zaman heç kəsin, nə sənin deyil [Nəqərat] Gedəcəyəm, sorğu-sual əbəsdir Niyə belə oldu, nə üçün, nədən? Bax beləcə sona çatır, sevginin Qədri bilinmirsə əzəldən Gedəcəyəm, əbəs yerə yalvarma Mənə ''qal'' sözünü söyləmə bir də Hayana getsəm də, bil ki hər zaman Mən səninəm xatirələrdə [Bənd 2] Sən əbəs yerə məni yoldan saxlama Heyfin gəlsin söylədiyin hər sözə Sənli dünyam çoxdan viran, boş qalıb Mən gedirəm üzü sənsiz günlərə [Nəqərat] Gedəcəyəm, sorğu-sual əbəsdir Niyə belə oldu, nə üçün, nədən? Bax beləcə sona çatır, sevginin Qədri bilinmirsə əzəldən Gedəcəyəm, əbəs yerə yalvarma Mənə ''qal'' sözünü söyləmə bir də Hayana getsəm də, bil ki hər zaman Mən səninəm xatirələrdə Gedəcəyəm, sorğu-sual əbəsdir Niyə belə oldu, nə üçün, nədən? Bax beləcə sona çatır, sevginin Qədri bilinmirsə əzəldən Gedəcəyəm, əbəs yerə yalvarma Mənə ''qal'' sözünü söyləmə bir də Hayana getsəm də, bil ki hər zaman Mən səninəm xatirələrdə Səninləyəm xatirələrdə Mən səninəm xatirələrdə
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Kamal Kamal
- Leyla Əliyeva