Eşqim

Lyrics
[Bənd 1] Yaz gecəsi idi Getdin göz qırpımında, eşqim Getdin arzularımla Röyalarımla, nağıllarımla Əyildi qəddim Soldum bir bənövşətək, eşqim Uçdun mələklərimlə Diləklərimlə, istəklərimlə [Nəqərat] Söndü həyat, dayandı aləm Tükəndi qüvvəm, susdumu naləm? Dondun dodaqlarımda Xülyalarımda, duyğularımda Bir bulud olub, dolub qalıb Kövrəlmişəm mən, eşqim İndi öz-özümlə mən Tək bacarmıram, eşqim [Bənd 2] Açılmır səhər Sənsiz ömür bir kədər, eşqim Ucsuz ləpələr sonsuz Səma ulduzsuz Bulaqlar susuz qalıb, sızlayır Könlüm od-alovlayır, eşqim Leyli məhəbbəti üçün Hər zərrəsi üçün, öz Məcnunu üçün [Nəqərat] Söndü həyat, dayandı aləm Tükəndi qüvvəm, susdumu naləm? Dondun dodaqlarımda Xülyalarımda, duyğularımda Bir bulud olub, dolub qalıb Kövrəlmişəm mən, eşqim İndi öz-özümlə mən Tək bacarmıram, eşqim [Çıxış] Söndü həyat, dayandı aləm Tükəndi qüvvəm, susdumu naləm? Dondun dodaqlarımda Xülyalarımda, duyğularımda Bir bulud olub, dolub qalıb Kövrəlmişəm mən, eşqim İndi, indi öz-özümlə bacarmıram Bacarmıram Tək bacarmıram Kövrəlmişəm mən Bacarmıram
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Emil Şahin
- Yusif Ağayev