Dostumsan, Yoxsa Sevgilim

Lyrics
[Bənd 1] Suallar içində düşdüm gümana Qəlbimi azdırıb saldın dumana Gözlərin gizlənir baxışlarımdan Barı əllərinlə cavab ver ona Gözlərin gizlənir baxışlarımdan Barı əllərinlə cavab ver ona [Nəqərat önü] Səni ürəyimə yazım, ya silim? Mənim dostummusan, yoxsa sevgilim? [Nəqərat] Mənə birdəfəlik söylə ki, bilim Mənim dostummusan, yoxsa sevgilim? Mənə birdəfəlik söylə ki, bilim Mənim dostummusan, yoxsa sevgilim? [Bənd 2] Rəhm edə bilmirsən duyğularıma Ünvansız hisslərə, xəyallarıma Sənə qonaq gəlmiş xəyallarımı Naümid buraxma, al qollarına Sənə qonaq gəlmiş arzularımı Naümid buraxma, al qollarına [Nəqərat önü] Susqun baxışlarla olma qatilim Mənim dostumsan, yoxsa sevgilim? [Nəqərat] Mənə birdəfəlik söylə ki, bilim Mənim dostummusan, yoxsa sevgilim? Mənə birdəfəlik söylə ki, bilim Mənim dostummusan, yoxsa sevgilim? Mənə birdəfəlik söylə ki, bilim Mənim dostummusan, yoxsa sevgilim?
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Nazim Məmmədov
- Altay Yaşar