Bu Gecə

Lyrics
[Bənd 1] Ürəyim titrəyir, buludtək dolmuşam Sənin xəyalınla bəxtəvər olmuşam Bu gecə, bu gecə [Keçid] Alışan ocaqlar soyuyub sönübdür Gözlərin gözümdə ulduza dönübdür Bu gecə Alışan ocaqlar soyuyub sönübdür Gözlərin gözümdə ulduza dönübdür Bu gecə [Nəqərat] Elə bil ulduzlar Göylərdə sayrışar Sevdalı gözlərin Eh, nələr danışar Elə bil ulduzlar Qəlbimdə sayrışar Sevdalı gözlərin Eh, nələr danışar Bu gecə danışar [Bənd 2] Yanar bir ocağam, ulduzlar gözümdür Yoluna nur saçan həsrətli gözümdür Bu gecə, bu gecə [Keçid] Alışan ocaqlar soyuyub sönübdür Gözlərin gözümdə ulduza dönübdür Bu gecə Alışan ocaqlar soyuyub sönübdür Gözlərin gözümdə ulduza dönübdür Bu gecə [Nəqərat] Elə bil ulduzlar Göylərdə sayrışar Sevdalı gözlərin Eh, nələr danışar Elə bil ulduzlar Qəlbimdə sayrışar Sevdalı gözlərin Eh, nələr danışar Bu gecə danışar (Danışar) (Danışar) (Bu gecə danışar) Elə bil ulduzlar Göylərdə sayrışar Sevdalı gözlərin Eh, nələr danışar Elə bil ulduzlar Qəlbimdə sayrışar Sevdalı gözlərin Eh, nələr danışar Bu gecə danışar
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...
Credits
- Writers
- Nailə Mirməmmədli
- Rafiq Yusifoğlu