DADDY

Lyrics
[Bənd 1] Heç nə ilə əvəz olunmur əzablar soyuq zirzəmidə Son ümidlərim də batdı azadlığım batan gəmidə Hər gün qətliam, nə isə, mən yenə təxirə salınmışam Səhər-axşam eyni işgəncə, eyni əzab, yox inam Mühakiməsiz ölüm hökmləri, onun qurbanları yazıq Onun qurbanları biz, hər kəs bizdən narazı Qəhrəmanlara dağ çəkildi, damğa vurulub öldürüldü Şəhidlər vətən xaini kimi tanındı, görüldü Bölündü qəlblər, cəsədlərdən divarlar hörüldü Mən sürgündəyəm, dost Mənim üçün də hökm verildi [Bənd 2] Səbəbini bilirsən, yazdıqlarım və yazmadıqlarım Bu məktubu da yandır, haqqında heç nə yazma bunların Katorqada rejim ağır, dərd üstünə yığır dərd Biz buralara nabələd, şaxta kəsir sərt Hətta yağır dərd yağışlarla Bağışla da, yazdıqlarım yıxır qəlbi, dağıdır Sıxır qəlbi, ağrıdır Repressiya qəribə mühitə bağlıdır, inan ki Burada olmayıb dostluq və sevgi Nə musiqi, nə şeiriyyat Nə də həyat olmayıb sanki (sanki)
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...