Qarnizon

Lyrics
[Nəqərat] Bəlkə də, gəlib artıq, bəlkə də, sondur bu Dünən 10 nəfər idilər, indi milyondur bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondur bu Bəlkə də, gəlib artıq, bəlkə də, sondur bu Dünən 10 nəfər idilər, indi milyondur bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondur bu [Bənd 1] Kömək etməz sənə şeytana prototip ikonalar Və nə qədər cibdə pul olar və portativdə ''porno''lar Kamuflyaj ''экипировка''da, bu tipdə formalar Kömək etməz ideologiya, prinsip və normalar Yorulmadan yazıram, qanadım yox uçmağa Nifrətim yetəri qədərdir bu mövzunu açmağa Çoxdur "Rusiyət"ə qaçmağa poqona dolan millətim qədər Bilirsən, çoxdur mənim poqona olan nifrətim qədər Nə qədər çağırdılar, mən səs vermədim səsinə Özünə inanmır, lazım day-day, qohum beləsinə Soxum beləsinə, sözlərimi, bəlkə, başa düşsün Yıxılsın, dursun, ilişsin, bərkə-boşa düşsün Bizimki şərəfimiz, dırnaqarası yolumuz var Zəifləri vurmağa qüvvətimiz, qolumuz var Ramil Səfərov üçün verilişlərdə pul dilənirdik Halbuki Macarıstanı alacaq qədər pulumuz var [Nəqərat] Bəlkə də, gəlib artıq, bəlkə də, sondur bu Dünən 10 nəfər idilər, indi milyondur bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondur bu Bəlkə də, gəlib artıq, bəlkə də, sondur bu Dünən 10 nəfər idilər, indi milyondur bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondur bu [Bənd 2] İntizam taborunda yarım sutka ''haupt'' vaxtda Fərqi yox ki torpaqda, fərqi yox, tabut taxta Çürüdüm, sübut laxta qanı tutaraq kobud saxta an Ümidimi vurdu şaxta, yan keçmədi, o, təkcə qan içmədi Buradan insan keçmədi, buralar qarnizondur Nə qədər istəyirsən, qışqır, sonsuz diapazondur Onsuz da itirmisən, ağlama ötən üçün Nə gözəldir ölmək bizə sevgili vətən üçün Bu, mənim kəşfiyyatım, məni insanlar qınayır Körpələr Həzi Aslanovu stansiya kimi tanıyır Qurun ''концлагерь''lər, qaytarın repressiyanı Göndərin nə qədər, öldürün, söndürün aqressiyanı Nə qədər gec deyil, yazılarımı tapın, yandırın Qarnizondan şəhərə dolan qurdlarımı qırdırın Bizi tanıyan tanıyır, müharibə davam edir Davam edir müharibə! [Nəqərat] Bəlkə də, gəlib artıq, bəlkə də, sondur bu Dünən 10 nəfər idilər, indi milyondur bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondur bu Bəlkə də, gəlib artıq, bəlkə də, sondur bu Dünən 10 nəfər idilər, indi milyondur bu Edam günü yaxınlaşır qanlı zəncirlərlə Tikanlı məftillərlə bağlı qarnizondur bu [Çıxış] Ələ keçirmə yarımqrupundayam Şok atəşindən sonra ölüm bölgəsinə girərək əsir Sənət, silah nümunələri götürüb geri çəkilirəm
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...