Advertisement

Neu !

Album cover art for "Neu !" by Okaber

Okaber - Rap, Azerbaijani Rap

Neu !

0 Plays

View Artist

May 8, 2011.

Lyrics

[Giriş] Ölümlə həyat arasında bir addım var, cəmi bir addım Azadlıqla qul olmaq arasında bir addım var Siz yazmadınız [Bənd 1] Azadlıqla qul olmaq arasında bir addım var Azadlıq yaratdılar, sonunda dağıtdılar Nə mənim qanadım var, qandalları qırım, uçum Təhlükə anında bir addım geriyə və hücum Bu sətirlər vücudum, həm yol, həm uçurum Bu sətirlər yaşayır, bağlansa da əlim, qolum Bu sətirlər qoruyur sevgini, olmasa da sevgi Bu sətirlər fəryad qoparanların həyəcan zəngi Başlıqsız sətirlərim, mənim obrazım çətin Yazılarımda tapılır izi qanlı cinayətin Həyatım kinayəsiz insanlar aləmində Varlıların cənnəti, kasıbların cəhənnəmində Hərənin öz ölümü var, hər ömrün qəbahətləri Elə günahlar var, sonsuz, yoxdur nəhayətləri Müxtəlif insanlar, müxtəlif düşüncələrlə Elə dözülməz yaralar var ağır dərəcələrlə Elə günlər yaşadım mən ki, nələr görmüşəm mən Elə darvazalar var ki, arxasında çürümüşəm mən Elə dost gördüm ki, dar günümdə kor, qulağı kar Elə həkimlər gördüm, bu gün xəstəliyimə səbəbkar Elə sevgilim olub ki, xəyanət ardınca xəyanət İndi məhəbbətdə xəyanət nədənsə olub adət Bu, hələ başlanğıc, hələ nə qədər fikirlər var Və onlar bilmirdilər ki, başlıqsız sətirlər var [Nəqərat] Başlıqsız sətirlər yazılanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə! Əvvəl birinci səhifə, bu da ikinci səhifə Başlıqsız sətirlər yazılanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə! Əvvəl birinci səhifə, bu da ikinci səhifə [Bənd 2] Elə rejim gördüm, despotizm, diktatura Elə həyat yaşayırıq, başdan ayağa karikatura Elə rüşvətxor gördüm, onu ancaq torpaq doydurar Çarəsi olsa, Azərbaycan adını korrupsiya qoydurar Elə şərait var, adlanır müharibə şəraiti Amma əsgər hər ay itir və çoxalır fərarilik Elə evlər var, yetimxana, divarlarında həsrət Elə qızıl imarətlər var, hasarlarında lənət Bazarlarında millət, rüşvət qanuna salınır Elə şirin yuxularımız var, məsələn, Qarabağ alınıb Elə vətənim var, müğənnilər əsgərdən çoxdur Barları və gecə klubları səngərdən çoxdur Elə günlər olub, bir az çörək tapmaq qəliz olub Mülkidə olmasa da, hərbidə 100 faiz olub Bu, hələ başlanğıc, açılmayan sirlər var Və onlar bilmirdilər ki, başlıqsız sətirlər var [Nəqərat] Başlıqsız sətirlər yazılanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə Əvvəl birinci səhifə, bu da ikinci səhifə Başlıqsız sətirlər yazılanda hər dəfə Sətirlərim ölümlə həyat arasında məsafə Sətirlər müharibə, müharibə, müharibə Əvvəl birinci səhifə, bu da ikinci səhifə [Çıxış] Mən sizdən fərqliyəm, siz ölürsünüz Amma mən əbədi yaşayıram Çünki öz əsərlərində yaşayanlar ölmürlər Çünki öz əsərlərində yaşayanlar ölmürlər

Rate this song

Rate this song

0/5.0 - 0 Ratings

5
0.0% (0)
4
0.0% (0)
3
0.0% (0)
2
0.0% (0)
1
0.0% (0)

Loading comments...

Credits

Credits Not Found