VIANO

Lyrics
[Bənd 1] İnsanlar məni yaxşı tanıyır, bilib mənə inanırdılar Üzdən sığınacaq tapıb içdən talanırdılar Hər dəfə efirə çıxanda ən gözəl maska taxırdım Millət acından qan qusanda mən milyonlar yığırdım Mən çıxırdım bərəkət üstündən, əzirdim, basırdım Kiminsə xəbəri yox, mən günahsızları asırdım Yazırdım yuxarılara ki, qonşum millətçi şairdir Dilini kəsin, qələmini qırın, o, buna layiqdir O yazır həqiqətləri, mən isə gizlədirəm O sevir azadlığı, mən isə istəmirəm Mən satıram qadınları, orqanları, torpaqları Ətrafıma yığıram yaltaqları, qorxaqları Yazmışdı son məktubunda vətən xaini [Bənd 2] İnsanlar məni yaxşı tanıyır, bilib mənə inanırdılar Əslində alçaq biri idim, məni dahi sanırdılar Mən qatdım haramı halala ki, heç nə günah sayılmır Siğədən nə qədər uşaq öz atasını tanımır Silah alveri, sektalar və bir sıra məsələlərdir Ən yaxşı narkotik İslam ölkəsindən gələrdi Fəlakətlər, faciələr, kütləvi qırğınlar Bir tikə çörək tapmayıb evə qayıdan yorğunlar İnsanlar boğulur kədərində, batır qəhərində Mənə təsir etmirdi fəryad çadır şəhərində Əllərim qana batıb, qatı cinayətkar, cani İntihardan qabaq yazmışdı son məktubunda vətən xaini
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...