Sex

Lyrics
[Bənd 1] Nə qədər olacaq müharibə şəraiti? Bu dəfə qayıdacaq, amma yenə qərar itir Bu dəfə alınacaq, bu dəfə son dəfə Şablon səhifə əzbər milyon dəfə Nə qədər televiziya, nə qədər informasiya? İmmiqrasiyadan Rusiyada deformasiya Amerika, Avrasiya, hər yerdə mafiya Hər yerdə siyasət, təşkilatlar, partiya Qara qüvvələrlə qələbəm əzbər Mənim rütbəm əsgər, mənə düşmən göstər Mən ölümlə üzbəüz, taleyim xoş gün yazarmı? Mənim yeməyim ''перлова'', mənim evim kazarma Mənim geyimim səhra geyimi mövsümə uyğun Təslim olmayan ruhum, sifətim solğun, yorğun Mən əsgərəm, mən vətən qoruyuram Postda tam döyüş dəsti belə adətən qoruyuram [Nəqərat] Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir [Bənd 2] ''Progress'' var Məndə əsəb gərginliyi, stress var Bir az səs var, amma hələ ki boğulmamışam Bu yaşıma qədər siyasətə soxulmamışam Paxıllıqdan partlayır mütləq xəsislər Səni araşdırır hər yerdə mütəxəssislər Sənin arxanda dura bilən bir nəfərin yox Getdikcə batırsan dərinə, xəbərin yox Xəbərin yox, qardaşım, xəbərin yox Hər cürə insan olub yoldaşım, xəbərin yox Mənim ürəyim indi olub xəstə, xəbərin yox İntizam cəzalarından, həbsdən xəbərin yox Kim kimi harada və necə satıb, xəbərin yox Kimisə hətta sevgilisi atıb, xəbərin yox Buradakı ərzaq, geyim və sudan xəbərin yox Ümumiyyətlə, sənin ordudan xəbərin yox [Nəqərat] Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Qara Qüvvələr və daha cümlələr Güllələr kimi yağacaq millətə Kim salıb bizi bu qədər zülmətə? Və yenə əsgər Müharibə davam edir Müharibə davam edir...
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...