Advertisement

Pianoçu

Album cover art for "Pianoçu" by Okaber

Okaber - Rap

Pianoçu

0 Plays

View Artist

2011.

Lyrics

[Giriş] Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər [Bənd 1] Onun otağı bəzədilib antik əşyalarla Bu əşyaları dəyişməzdi o dünyalarla Divarda patent əsərlər hər dövrə dair Da Vinçi, Mikelancelo, Pikasso və sair Poetik şair kitabları düzülüb rəflərə Necə ki, notlar səliqə ilə düzülüb dəftərə Bu panorama onun kiçik qalereyası Burada səslənirdi pianoçunun hər ideyası Otaqdakı pianinosu nostalji xatirə Sanki səsləyir onu, yenə də şah əsər yarat Həyatı aristokrat, özü pozitiv personaj Me-motiv, otaqdakı peyzaj Pianinonun üstünə lampa, tavanda plafon, abajur ''Primula'', balaca fon, köhnə qrammofon Qırağa düzülmüş ballar, stend tablolar Rəsmlər, memoriallar Bethoven, List, Çaykovski, Mozart, Bize Jan Etyen Liotarın ''Şokolad paylayan qız''ı Bu patent rəsmlər, ''Ron Meliment'' anlar Onun ömrünə rəng qatan, orden və medallar ''Melodramik'' həyatı, prestiji, perspektivi Maestronun musiqi haqqında intuitivi Məşhur pianoçunun əlindən neçə not süzülüb Minlərlə əsər əlində can verib, ölüb Sevimli pianinosu, klassik üslubda mebel Stolun üstündə karandaş, vərəqlər, portfel Çoxdan soyumuş qəlyan və bir qutu siqar Və həyatını əks etdirən maraqlı memuar [Keçid] Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər [Bənd 2] Onun otağında sanki görünür mimikası Sanki hələ də eşidilir klassik lirikası Həyatından epizodlar memuarında İfalar və notlar repertuarında Maestronun çəkdiyi həyat mənzərəsi Göz qırpımı kimi örtülən həyat pəncərəsi Musiqi təntənəsi, ''psicho'' notlar yayılır Harmoniyanın ahəngindən bəşəriyyət ayılır Qəlbləri fəth edən jest və musiqi Pianinoya olan sonsuz dərəcə sevgi Tamamlayıcı ''smoking'', aristokrat baxışlar Hər ifanın sonunda zalı titrədən alqışlar Tokkato "K Elize", ''24-cü kapriz'' Hər bir dinləyici ürəyində dərin hiss Və pianoçu ölməz sənəti ilə yaşayır Hər bir not bu ağırlığı daşıyır Yox cismi, ruhu do, re, mi , fa, sol, lya-da O sevirdi, amma yox olub "İzolda" Bütün həyatı sanki dövr eləyir otaqda "Tristan İzolda", son sözü yataqda Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Yenə də səhnələr, pianoçu populyardır Amma ona qalan bir otaq, bir də memuardır [Çıxış] Memuarın başlığı sevinc, sonu kədər Başlıqsız sətirlər ölümdən betər Yenə də səhnələr, pianoçu populyardır Amma ona qalan bir otaq, bir də memuardır

Rate this song

Rate this song

0/5.0 - 0 Ratings

5
0.0% (0)
4
0.0% (0)
3
0.0% (0)
2
0.0% (0)
1
0.0% (0)

Loading comments...

Credits

Credits Not Found