Advertisement

NOVEMBER

Album cover art for "NOVEMBER" by Okaber

Okaber - Rap, Azerbaijan

NOVEMBER

0 Plays

View Artist

December 13, 2020.

Lyrics

[Bənd 1] Sən mələyə bənzəyən ən gözəl personaj Payızda peyzaj, qara sadə paltar, sadə makiyaj Yanaqlarında yaş... Yazardım kaş həsrətini, sənə hər sətrim xəzinədir Tanrı tək rəssamdır ki, mənim həyatımı sənə bənzədir Necə unudum? Sənə hisslərim bəlkə məchul Amma məcbur, ruhum 13, qəlbim uçqun, uçurum Qeys-in ''alter-ego''su Məcnun... Qar kim yağ, indi isə qafiyələrimə düş bir-bir Sən sətirlərində təsvir olundun Müşfiqin Rəssam, sevgilimin rəsmini gəl çək Sevgilim gözəldir, sən də gözəl çək (gözəl çək) Nazına çatanda fırçadan əl çək Qoy onun nazını mən özüm çəkim Mən özüm çəkim, mən özüm yazım bu yazını Yay, qış, payızını, yazını Dəli Kürünə qovuşan Arazın avazını Səninlədir ömrümün mənalı günləri Sənə dərərəm ən gözəl gülləri Şuşadan da Xarıbülbülləri Dərərəm, dərərəm [Çıxış] Tanrı tək rəssamdır ki Mənim həyatımı sənə bənzədib Ruhum 13... Qar kimi yağ... Qoy onun nazını mən özüm çəkim

Rate this song

Rate this song

0/5.0 - 0 Ratings

5
0.0% (0)
4
0.0% (0)
3
0.0% (0)
2
0.0% (0)
1
0.0% (0)

Loading comments...

Credits

Credits Not Found