Advertisement

30 THOTTIE

Album cover art for "30 THOTTIE" by Okaber

Okaber - Rap, Azerbaijani Rap

30 THOTTIE

0 Plays

View Artist

January 9, 2024.

Lyrics

[Bənd 1] Hər əsər yazılanda mən də böyüyürdüm Hədəfdə tutulub qalmış ümidlərimi söyürdüm Sevirdim, amma xəyanəti görəndə ölürdüm Qəlbdə bağırırdım, üzdə it kimi hürürdüm Varlığım olsa da sənə möhtac, barışırdım Sən şahzadə deyildin, amma sənə tac yaraşırdı Necə dəyişərmiş məna sözlər yozulanda Necə pozularmış ətraf bir nəfər pozulanda Hər əsər yazılanda mən də böyüyürdüm Qonşum içirdi hər gün, anasını döyürdü Onda balacaydım, anlamırdım maldan, tozdan Sonralar başa düşdüm ki, ölüb "передоз"dan Dedilər, müəllim müqəddəsdir, mənə öyrətdilər Müəllimə hörmətin adı olub rüşvət, dedilər Ruhumu kirlətdilər, onsuz da çirkabdır Yazdığım əsərlər verilən suallara cavabdır [Keçid] Hər əsər yazılanda mən də böyüyürdüm (Böyüyürdüm, böyüyürdüm) Ruhumu kirlətdilər [Bənd 2] Hər əsər yazılır paranoya harayımdan Gündə bir kərpic düşür ömrümün sarayından Neyrocərrahiyyə, hər dəfə ''ukol'' beyinə ''Капсула'', lirika, ''гранула'', ''tramadol'' meyitə Dönən bədənimi ''морг''a buz kimi qoydular hətta Məni kafir kimi tanıyıb dərimi soydular hətta Dedilər, qəlbin qaradır, ətrafı da qaraldır Mənsə yazırdım, yoxsulluq vətənə sevgini azaldır Dedilər, aralı dur, dur bir az o tayda Qanımda quduzluq var, gəlirəm boz ayda Dövr də dəyişilib artıq, burcudur omba ''gay''lər Gözəl qız kəlməsi əvəz olunub 'bomba şey''lə Dedilər: ''Psixopatsan? Yazırsan axmaq kimi'' İndi yaşamaq üçün olmalısan yaltaq kimi Sapı özümüzdən olan balta kimi doğra, kəs Hədəfdə əks ümidlər gəlir tərs Ömür qəfəs (ömür qəfəs, ömür qəfəs, ömür qəfəs, qəfəs) [Çıxış] Çək tətiyi sonuna qədər, hədəf ümidlərdir Güllələ, həyat boş, mənasız cümlələrdir Ya bir musiqidir, gəlir duyğulara xoş Əslində boş xəyanəti əks etdirən sevgidir Çək tətiyi sonuna qədər, hədəf ümidlərdir Güllələ, həyat boş, mənasız cümlələrdir Ya bir musiqidir, gəlir duyğulara xoş Əslində boş xəyanəti əks etdirən sevgidir Sadəcə (sadəcə, sadəcə, sadəcə, sadəcə) Sadəcə (sadəcə, sadəcə)

Rate this song

Rate this song

0/5.0 - 0 Ratings

5
0.0% (0)
4
0.0% (0)
3
0.0% (0)
2
0.0% (0)
1
0.0% (0)

Loading comments...

Credits

Credits Not Found