Advertisement

VIZIATA

Album cover art for "VIZIATA" by Okaber & RG

Okaber & RG - Rap, Azerbaijani Rap

VIZIATA

0 Plays

January 9, 2024.

Lyrics

[Bənd 1: Okaber] Sevirdim sevgini, dəyişdim xəyanətə Dahi əsərləri sevirdim, dəyişdim cəhalətə Sevirdim əl uzatmağı, dəyişdim zərbəyə Sevirdim sülh yaratmağı, dəyişdim müharibəyə Sevirdim bayramları, dəyişdim faciələrə Sevirdim şokoladı, dəyişdim fahişələrə Atdığım addımlar baxmadan ardıma Sürətimi dəyişdirdim təcili yardıma Hər sətirdə vergül qoyurdum, dəyişdim nidaya Sevirdim görüşləri, dəyişdim əlvidaya Sevirdim arzuları, dəyişdim qəbirlə Sevirdim danışmağı, dəyişdim sətirlə Sevirdim dürüstlüyü, dəyişdim bəhanəyə Sevirdim gülümsəməyi, dəyişdim qəhqəhəyə Aqressiv satira, tənqid yazılır hər xanaya Mən sevirdim cəmiyyəti, dəyişdim dəlixanaya [Nəqərat: RG] Hərdən Fərqli arzular, fərqli duyğular Yoxdur qorxum Səndən Üz döndərib həqiqət Sən sevirdin, dəyişdin Hərdən Fərqli arzular, fərqli duyğular Yoxdur qorxum Səndən Üz döndərib həqiqət Sən sevirdin, dəyişdin [Bənd 2: Okaber] Sevirdin sevgini sən, dəyişdin ehtirasa Mən gedəndə yazılarım dönəcək mirasa Qardaşım, çox ayağımın altını qazan var idi Deyərsən, Azərbaycanda belə yazan var idi Yox, mən adi bir insan olardım 37-də yaşasaydım, repressiya qurban olardım Həyatımı xırdalayıb yazdım çox hecalı şeirə Orxan Mustafazadəni dəyişdim Okaberə Sevirdim yenilikləri, dəyişdim köhnələrə Uşaq meydançalarını dəyişdim səhnələrə Həyatım düz gedirdi, mən dəyişdim tam əksinə Məktəbdə sevgi məktubunu dinləyici ''SMS''inə Söz tapmayanda yazmamışam ''Ляка''dan, ''Лика''dan Nə Premyer Liqa-dan, nə də ki ''super Chika''dan Bir az aqressiya, lirika, bir az satira Varlığım bənzəyir 25-ci kadra [Nəqərat: RG] Hərdən Fərqli arzular, fərqli duyğular Yoxdur qorxum Səndən Üz döndərib həqiqət Sən sevirdin, dəyişdin Hərdən Fərqli arzular, fərqli duyğular Yoxdur qorxum Səndən Üz döndərib həqiqət Sən sevirdin, dəyişdin [Çıxış] Sən sevirdin, dəyişdin Ye-ah, ye-ah, ye-ah Karabin, 20-ci Kalibr Florida, ''MadHouse Community''

Rate this song

Rate this song

0/5.0 - 0 Ratings

5
0.0% (0)
4
0.0% (0)
3
0.0% (0)
2
0.0% (0)
1
0.0% (0)

Loading comments...

Credits

Credits Not Found