Advertisement

Canavar Ünvanında

Album cover art for "Canavar Ünvanında" by Okaber

Okaber - Rap, Azerbaijani Rap

Canavar Ünvanında

0 Plays

View Artist

May 8, 2011.

Lyrics

[Bənd 1] Son addımında ehtiyatlı ol! Bizə qarşı çıxarsan, sonuncu addımındır Ölüm sənə yaxındır Üzməyə özünü cırma, dəniz deyil bu, axmaq Bu, qanlı bir axındır, yaxın dur! Əvvəl-axırı budur, insanlar mat-məəttəl Mən onlardan əvvəl yaranıb, öldüm lap əvvəl Qaranlıq şəhərə qanlı gözlərlə qara baxışlar "Qarın qardaşdan irəli" - deyən harın yaranmışlar Narın yağışlar qədər səhnədə alqışlar Səngərdə sərkərdə kimi döyüşər, vuruşar İçimdə müharibə, sözlərim top-tüfəngdir Həyatın məktəbdirsə, bu gün sonuncu zəngdir Bu gün son dəfə ağla, gül, bağla səhifəni Özünə sifariş elə torpaq, qəbirdaşı, kəfəni Bu gün məhv eləyəcəm səni, yazıq kimi baxma Sən uduzdun, axmaq, şərəfsiz, ağlama, ağlama [Nəqərat] Mən yummuram gözümü alçaqların yanında Və çatdırdım sözümü şərəfsizlərə sonunda Çəkilibdirsə adım "Canavar" ünvanında Qanımda var quduzluq, dayanmayın yanımda Mən yummuram gözümü alçaqların yanında Və çatdırdım sözümü şərəfsizlərə sonunda Çəkilibdirsə adım "Canavar" ünvanında Qanımda var quduzluq, dayanmayın yanımda [Bənd 2] Təhlükə anında bir addım geriyə və hücum Bu sətirlər vücudum, tükənməzdir gücüm Mənim kağız, qələmim səbəblərin sorağında Sənin qızın, gəlinin ərəblərin qucağında Mənim əsəblərim gərgin və tələblərim zəngin Sənin ailən, həyatın, qazandığın pullar çirkin Bu gün son dəfə qazan, mən udan, sən uduzan Mən yazan-pozan, gözlərim qandır, quduzam Bu gün son dəfə yaltaq, ikiüzlü satqın ol Bu gün son dəfə gir günaha, yetimlərin haqqını al Bu gün son dəfə oğurla, günahsızlara şər at Son dəfə məktəblərə zəhər, düşmənə silah sat Son dəfə qadın alveri, son dəfə qumarxanalar Sənin kimilər sənə bu gün son dəfə arxalanar Və bu gün son dəfə görəcəyin bu basılan tətik Sənə demirəm hələlik, həmişəlik! [Nəqərat] Mən yummuram gözümü alçaqların yanında Və çatdırdım sözümü şərəfsizlərə sonunda Çəkilibdirsə adım "Canavar" ünvanında Qanımda var quduzluq, dayanmayın yanımda Mən yummuram gözümü alçaqların yanında Və çatdırdım sözümü şərəfsizlərə sonunda Çəkilibdirsə adım "Canavar" ünvanında Qanımda var quduzluq, dayanmayın yanımda

Rate this song

Rate this song

0/5.0 - 0 Ratings

5
0.0% (0)
4
0.0% (0)
3
0.0% (0)
2
0.0% (0)
1
0.0% (0)

Loading comments...

Credits

Credits Not Found