Bəzz

Lyrics
[Bənd 1] Bir ölüb min dirilərik, birimiz hamımız, hamımız hər birimiz Çəkilin kənara, yerdəki cənnətə gəlirik biz Bu sanki atalar sözü, atalar məsəlidir Azərbaycan! Vətənim cənabı-haqqın şah əsəridir Sevgini verib almaz, hamı eyni sevir səni, kimsə geri qalmaz Nurun bu şanlı qələbənin başlanğıcı idi, generalımız! Düşmənin hər biri fərari, bizim hər birimiz fədai Hər birimiz Babək, hər birimiz Şah İsmayıl Xətai [Keçid] Növbəti stansiya... Mərcanlı Mahmudlu Soltanlı Xələfli Qumlaq Həkəri Xurama Mincivan Zəngilan Bartaz Ağbənd Seyifli Təzəkənd Ağdam Əsgəran Xankəndi Karçevan Mehri [Bənd 2] Bizə yaraşır qələbə, ''Harop'' güllələnmir, ə üz qarası Bizə yaraşır qələbə, Bakıya Alov qüllələri və Qız qalası Mən səndə, hər səndə gördükcə həvəsi nəfəsim ənsəndə Necə Məhsəti yaraşır Gəncəyə, necə Nizami yaşayır Xəmsəndə Gör, götür həm sən də, vaxt tamamdır sonda, gətirək hesabı Bizə yaraşır qələbə, ''techno''a Karabin, repə Okaber, satiraya Sabir Arabir daha bir dahi, bir əfsanə gələr dövrana Bizə yaraşır qələbə, səmazənlərə Mövlanə [Bənd 3] Bu silah əldən düşməz, tətiyə basanlar həzz alasıdır Sanki düşmənə qarşı yenidən qurulan Bəzz qalasıdır Sanki Spartadır bu, həm xatırladır Çənlibeli, 7777 dəli! Əsgər vətən əmanəti, (yurd) yurd, torpaq əmanəti "Şuşanın dağları" şeirindəki üçrəngli bayraq əmanəti Qanla yoğurulan torpaqlar gələcək nəslə etibar Hər bir Şəhidin müqəddəs ruhuna ehtiram...
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...