Heute Nacht

Lyrics
[Bənd 1] Baharın təravətini gətirən ruzgarın sərinliyi Amma o hələ uzaqlarda, hələ qışın gərginliyi Sevginin dərinliyi paranoya, düşünür qoca Onun sevgisi satdığı güllər kimi Vəfasız, adi, olduqca mənasız Solduqca ömrü azalan güllər qalır dünyasız Lakin qoca nikbin və budur 8 mart İncə yaranmışların həyatına bir damla sevinc gətirən vaxt Bu gün çox gül tapır əksini və utanır səbəbsiz Saatlar əqrəbsiz, qələmlər aciz qalır, mürəkkəbsiz Dağıdır fikirləri ətrafı bürüyən ətirləri Şəhərin küləkləri aparır uzaqlara Pak sevgini, yaşadır nağıllarda Danışır uşaqlara Yaşadır arzularda və şirin yuxularda Görüşənədək, əlvida Və sevgililəri sevindirən satdığı çiçəklər Bir döyünən ürəklər üçün yaranan təbii istəklər Sevinir qoca, ani olaraq qarşısında dayanan Cavan oğlanın sevincinə şərik olmaq üçün Gözlərdə təbəssüm yaradaraq, gülüş oyadaraq Oğlana təqdim etdiyi güllərdə tamam başqa bir maraq Tamam başqa bir müəmma Başqa bir təbiət, aləm, yer, göy Başqa bir səma [Bənd 2] Ruzgarın təravəti gətirir uzaqlardan baharı xatırladan ətirləri Lakin yağış isladır insanları günah kimi gizlədən çətirləri Məktublarda sətirləri dəfələrlə oxuyan Bu cavan oğlan görüşə tələsir Unudub varlığını, xəstəliyinin ağırlığını Düşünür: "Axı bu gün o, görüşə gələsi Onu dünyalar qədər sevirəm, gözləməsin Bir saniyə belə qalmasın tənha Onun göz yaşlarında bataram günaha O körpə kimi pak, kövrək, saf" Oğlanın özü təyin etdiyi görüş yeri Bozarmış ətraf, yazılmış lirik epiqraf və növbəti paraqraf Yolun astanasında dayanan qız olanlardan xəbərsizdir Onun gözləri adi, nə sevinc, nə kədərsizdir "Sevgim qədərsizdir" - fikirləşib oğlan yaxınlaşır Həyəcandan əsir əlləri, içində ürək alışır Onun qeyri-adi davranışı, əlində bir dəstə gül Qızın marağına səbəb olur, bu ruhi xəstə Gülləri uzadır əllər, amma qız tanımır oğlanı Getdikcə sərtləşir, dəyişir, birdən ani olaraq Qəbul etmir hədiyyəni, çıxıb getmək istəyir Oğlan yalvaran gözlərində sanki şeytan bəsləyir Boş sözlər, qan dolmuş gözlər, baxışlar narazı Gülləri yerə atan əllər indi boğur qızı Öldürdü yenə sevgilisinə oxşatdığı insanı Yenə 8 mart və yenə növbəti qurban Qəzetlərdəki elan, hamıda qorxu hissləri Bu 13-cü qətl, bəlkə də, lənət izləyir Oğlan axtarırdı, sonunda, hər şey ortada Həyatını qumara qoymuş insan kimi uduzub kartda Və 8 martda yenə 13 il əvvələ qayıtdı Bir az ağladı, xatirələrini göz yaşlarına tanıtdı "O qız mənim illər öncə itirdiyim sevgilim deyildi Bu, yenə o deyildi" - oğlan öz-özünə deyindi Barmağını kəsib qanla divara yazdığı 2 rəqəm: 8 və 13, sanki lənət, cəhənnəm
Rate this song
0/5.0 - 0 Ratings
Loading comments...